...

İsrailin müdafiə naziri Fələstin prezidenti ilə görüşüb

Dünya xəbərləri Materials 8 İyul 2022 05:48 (UTC +04:00)
İsrailin müdafiə naziri Fələstin prezidenti ilə görüşüb

Bakı. Trend:

Fələstin prezidenti Mahmud Abbas və İsrailin müdafiə naziri Benni Qantz ABŞ prezidenti Co Baydenin Yaxın Şərq turu çərçivəsində Fələstinə səfəri əfərəsində Ramallahda görüşüblər.

Trend-in məlumatına görə, bu barədə "The Washington Post" qəzeti xəbər verib.

Məlumata əsasən, görüşdə “təhlükəsizlik sahəsində fəaliyyətlərin əlaqələndirilməsi” müzakirə edilib.

İsraildən verilən açıqlamada "görüşün müsbət şəkildə keçdiyini" bildirilib. Hər iki tərəf “təhlükəsizlik üzrə koordinasiyanı davam etdirməyə və qeyri-sabitliyə səbəb ola biləcək hərəkətlərdən uzaq durmağa” razılaşıb.

B.Qantz M.Abbası və Fələstin xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Qeyd olunub ki, M.Abbas "siyasi üfüq yaratmağın, imzalanmış razılaşmalara hörmətlə yanaşmağın və vəziyyətin pisləşməsinə səbəb olan hərəkət və tədbirlərə son qoymağın vacibliyini vurğulayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti