...

İspaniyada meşə yanğını: 400 nəfər təxliyə edildi

Dünya xəbərləri Materials 14 İyul 2022 12:51 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın Salamanka əyalətində meşə yanğını ilə əlaqədar yaxınlıqdakı uşaq düşərgəsi təxliyə edilib.

Trend-in məlumatına görə, bölgədə güclü tüstülənmə ilə əlaqədar 50-yə yaxın uşaq və böyük düşərgədən çıxarılıb.

Salamanka əyalətində davam edən yanğın 4 min hektara yaxın ərazini məhv edib, ümumilikdə 400 nəfər yanğın zonasından təxliyə edilib.

Qeyd edək ki, son günlər bütün İspaniya ərazisində şiddətli istilər hökm sürür. Ölkənin bəzi yerlərində temperatur 45 dərəcəyədək çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti