...

İsrail Qəzza zolağında "İslam cihadı"nın 139 hədəfini vurub

Dünya xəbərləri Materials 7 Avqust 2022 13:38 (UTC +04:00)
İsrail Qəzza zolağında "İslam cihadı"nın 139 hədəfini vurub

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri cümə günündən Qəzza zolağında başladılan “Sübh” əməliyyatı çərçivəsində artıq “İslam cihadı” terror hərəkatının 139 hədəfini vurub.

Trend xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, zərbələr "İslam cihadı"nın hərbi infrastrukturuna endirilir. Xüsusilə əməliyyat zamanı silah anbarları, raketlərin buraxılış meydanları, möhkəmləndirilmiş postlar məhv edilir. Bundan əlavə, terrorçuların İsrail ərazisinə keçmək üçün istifadə etdikləri tunel də məhv edilib.

“İslam cihadı” öz növbəsində İsrail ərazisinə raket atmaqda davam edir. Ordunun məlumatına görə, əməliyyat başlayandan indiyədək radikallar ümumilikdə 585 raket atıb, onlardan 470-i İsrail tərəfinə keçib, 115-i isə Fələstin anklavı ərazisinə düşüb. Eyni zamanda, İsrail şəhərləri üzərində səmada təxminən 185 raket vurulub.

Qeyd edək ki, avqustun 5-də İsrail Müdafiə Qüvvələri "İslam Cihadı" qruplaşmasına qarşı “Sübh” əməliyyatına başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti