...

ABŞ və Hindistan hərbi təlim keçirəcək

Dünya xəbərləri Materials 8 Avqust 2022 05:22 (UTC +04:00)

Bakı. Trend:

ABŞ silahlı qüvvələri oktyabrda Hindistanın Uttarxund əyalətində keçiriləcək birgə hərbi təlimlərdə iştirak edəcək.

Trend xəbər verir ki, əyalət Hindistan və Çin sərhədinin keçdiyi mübahisəli ərazinin yaxınlığında yerləşir.

Təlimlər 3 min metr yüksəklikdə keçiriləcək.

Pentaqondan bildirib ki, ABŞ-ın Hindistanla tərəfdaşlığı ölkənin Hind-Sakit Okean regionunun azad və açıq olması haqqında ümumi siyasi baxışının ən mühüm elementlərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti