...

Türkiyə kəşfiyyat orqanları Suriyanın şimalında PKK liderlərindən birini zərərsizləşdirib

Dünya xəbərləri Materials 17 Avqust 2022 06:39 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyanın şimalında keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK terror təşkilatının liderlərindən biri, Dijvar Silopi ləqəbi ilə tanınan Muhsin Yaqan zərərsizləşdirilib.

Trend-in məlumatına görə, zərərsizləşdirilən terrorçu xüsusi əməliyyatın keçirildiyi Qamışlı rayonunda qruplaşmanın rəhbəri olub.

Təhlükəsizlik güclərindəki mənbələrin məlumatına görə, Yaqan Türkiyə ilə sərhəddə təhlükəsizlik qüvvələrinin üzvlərinə qarşı yönəlmiş bir sıra terror aktlarının planlaşdırılmasında və həyata keçirilməsində iştirak edib.

Türkiyə kəşfiyyatı yaraqlının Qamışlı ərazisində olduğunu müəyyən edib. Bundan sonra onun zərərsizləşdirilməsi üçün ərazidə xüsusi əməliyyatın keçirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti