...

Türkiyə ordusu İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 24 Sentyabr 2022 18:48 (UTC +04:00)
Türkiyə ordusu İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə ordusu İraqın şimalında PKK terror təşkilatının 7 silahlısını zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, terrorçular "Pəncə-Kilid" anti-terror əməliyyatı zonasında zərərsizləşdiriliblər.

Qeyd edək ki, "Pəncə-Kilid" anti-terror əməliyyatı aprelin 17-də başlayıb və İraqın 3 rayonunda həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti