...

İranda 5,2 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 25 Sentyabr 2022 20:30 (UTC +04:00)
İranda 5,2 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

İranın cənubunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, təbii fəlakətin episentri Bəndər Abbas şəhərindən 71 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti