...

Türkiyə Daxili İşlər Nazirliyi 15 terrorçunun saxlanıldığını açıqlayıb

Dünya xəbərləri Materials 2 Oktyabr 2022 21:20 (UTC +04:00)
Türkiyə Daxili İşlər Nazirliyi 15 terrorçunun saxlanıldığını açıqlayıb

Bakı. Trend:

Suriyanın şimalında Əl-Bab və Cerablus bölgələrində İŞİD və PKK/YPG-yə qarşı keçirilən antiterror əməliyyatları zamanı 6-sı başçıları olmaqla 15 terrorçu saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, terrorçular terror aktları törətmək üçün yaxın günlərdə Türkiyəyə keçməyi planlaşdırıblar.

Sentyabrın 29-da Əl-Bab və Cerablusda keçirilən əməliyyat zamanı 11 İŞİD və 4 PKK/YPG terrorçusu saxlanılıb.

Terrorçular yerli məhkəmənin qərarı ilə həbs edilib.

Terrorçuların evlərində aparılan axtarışlar zamanı silah və sursat götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti