...

Sloveniyada prezident seçkilərində səsvermə başlayıb

Dünya xəbərləri Materials 23 Oktyabr 2022 09:58 (UTC +04:00)

Bakı. Trend:

Sloveniyada bu gün prezident seçkilərində səsvermə başlayıb.

Trend xəbər verir ki, Bakı vaxtı ilə saat 09:00-da ölkə ərazisində 3 mindən artıq seçki məntəqəsi açılıb.

Seçkilərdə 7 namizəd iştirak edir. Favorit keçmiş xarici işlər naziri, Sloveniya Demokratik Partiyasından olan deputat Anze Loqar sayılır.

Səsvermə Bakı vaxtı ilə saat 21:00-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti