...

Mərakeşdə texniki komitə ən uzun sualtı qaz kəmərinin layihəsini müzakirə edib

Dünya xəbərləri Materials 12 Noyabr 2022 06:45 (UTC +04:00)
Mərakeşdə texniki komitə ən uzun sualtı qaz kəmərinin layihəsini müzakirə edib

Bakı. Trend:

Rabatda dünyanın ən uzun sualtı qaz kəməri Nigeriya-Mərakeş (Nigeria Morocco Gas Pipeline, NMGP) qaz kəmərinin tikintisi üzrə texniki komitənin iclası keçirilib.

Trend-in məlumatına görə, bu barədə "Maghreb Arabe Presse" agentliyi xəbər verib.

Məlumata əsasən, bu strateji layihənin həyata keçirilməsinin müzakirə edildiyi toplantıda Mavritaniya, Mərakeş, Nigeriya, Seneqal yanacaq şirkətlərinin nümayəndələri və Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) üzvləri iştirak ediblər.

Onların hamısı NMGP-nin tikintisinə aid olan məruzə və təqdimatlar ilə çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti