ABŞ-da atışma olub, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 18 Dekabr 2022 07:26 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Atalanta şəhərində (Corciya ştatı) atışma baş verib.

Trend xəbər verir ki, bu barədə bazar günü "FOX 5 Atlanta" telekanalı yerli polisə istinadən məlumat yayıb.

Məlumata əsasən, şəhərin cənub-qərbində yaşayış kompleksi yaxınlığında baş verən atışma nəticəsində 2 yeniyetmə həlak olub, bir neçə nəfər isə yaralanıb.

Bildirilir ki, atışmaya səbəb yeniyetmələr arasında sosial şəbəkədə baş verən mübahisə olub.

İnsidentlə bağlı aradırma davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti