...

Yaponiyada güclü qar səbəbindən 13 qatar sərnişini xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 25 Yanvar 2023 07:41 (UTC +04:00)
Yaponiyada güclü qar səbəbindən 13 qatar sərnişini xəstəxanaya yerləşdirilib

Bakı. Trend:

Yaponiyada yağan güclü qar nəticəsində Kioto şəhəri və Biva gölünün yaxınlığında 15 qatarın hərəkətini dayanıb.

Trend-in məlumatına görə, bu barədə "NHK" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, dünən gecə demək olar ki, qatarlar mənzillərdə dayanıb. 13 sərnişinin səhhətinin pis olduğu üçün xəstəxanaya yerləşdirildiyi qeyd edilib. Qalanları isə sərbəst qatarlardan düşüb ən yaxın yaşayış məntəqələrinə gediblər. Bir hissəsi müvəqqəti yaşayış yerinə təxliyə edilib.

Çərşənbə axşamı axşam saatlarından etibarən Yaponiyanın bəzi bölgələrinə güclü qar yağıb. Hava proqnozuna görə, ölkənin şimal və şimal-şərq rayonlarında gün ərzində 60-80 sm qalınlığında qar yağacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti