...

Filippində daşqınlar nəticəsində 43 nəfər həlak olub

Dünya xəbərləri Materials 29 Yanvar 2023 07:25 (UTC +04:00)
Filippində daşqınlar nəticəsində 43 nəfər həlak olub

Bakı. Trend:

Filippində daşqınlar nəticəsində azı 43 nəfrə həlak olub, 7 nəfər itkin düşüb.

Trend xəbər verir ki, bu barədə ölkənin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şuranın hesabatında bildirilib.

Məlumata əsasən, ölkənin 14 bölgəsində 2,04 milyondan çox insan daşqınlardan zərər çəkib.

Bildirilib ki, yanvarın 12-dən aparılan hesablamalara görə, 111,2 min məcburi köçkün 297 təxliyə məntəqəsindədir. Ən azı 14,3 min nəfər əvvəlcədən evlərini tərk edib, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Təbii fəlakət 1,87 min evə 3,71 milyon peso (68,3 milyon dollar) dəyərində ziyan vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti