...

Serbiyada eyni ad və soyadlı 250-dən çox insan yeni Ginnes rekorduna imza atıb

Dünya xəbərləri Materials 4 Fevral 2023 22:58 (UTC +04:00)
Serbiyada eyni ad və soyadlı 250-dən çox insan yeni Ginnes rekorduna imza atıb

Bakı. Trend:

Bir yerə toplaşan eyni ad və soyadlı 256 nəfər Serbiyada Ginnesin Rekordlar Kitabında yeni rekorda imza atıb.

Trend-in məlumatına görə, bu barədə Serbiyanın "Veçerne novosti" qəzeti yazıb.

Qeyd olunub ki, fevralın 4-də Ginnesin Rekordlar Kitabının nümayəndəsi Militsa Jovanoviç adlı 256 nəfərin bir yerdə olmasını qeyd etdi və tədbirin təşkilatçılarına rəsmi sertifikat təqdim edib.

Nəşr vurğulayıb ki, iştirakçılara xatirə hədiyyələri təqdim olunub.

Qəzet qeyd edib ki, bundan əvvəlki analoji rekord Tokioda qeydə alınıb və Hirokazu Tanaka adlı 178 nəfər kinoteatrlardan birində toplaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti