...

Braziliyada leysanlar səbəbindən 19 nəfər həlak olub

Dünya xəbərləri Materials 20 Fevral 2023 04:23 (UTC +04:00)
Braziliyada leysanlar səbəbindən 19 nəfər həlak olub

Bakı. Trend:

Braziliyanın San-Paulu ştatının şimal sahillərində yağan güclü yağışlar nəticəsində azı 19 nəfər ölüb, onlarla insan itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə "G1" portalı xəbər verib.

Məlumata əsasən, son sutka ərzində bölgəyə bir aylıq yağıntı düşüb. Təbii fəlakət çoxsaylı daşqınlara və sürüşmələrə, yaşayış binalarının və infrastrukturun dağılmasına səbəb olub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, onlarla insan dağıntılar altında qalmaqda davam edir.

Təbii fəlakətdən əziyyət çəkən 5 bələdiyyədə fövqəladə vəziyyət elan edilib. Bir çox ərazilərdə su və elektrik enerjisinin verilişi dayandırılıb, mobil rabitə işləmir.

Xəbər lenti

Xəbər lenti