...

Makron pensiya islahatı haqqında qanunu imzalayıb

Dünya xəbərləri Materials 15 Aprel 2023 06:47 (UTC +04:00)

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron pensiya islahatı haqqında qanunu imzalayıb.

Trend xəbər verir ki, sənəd şənbə günü Fransa Respublikasının Rəsmi Qəzetində dərc olunub.

Bu, cümə günü Fransanın Konstitusiya Şurasının pensiya islahatının qanuni olmasına qərar verməsindən və minimum pensiya yaşını 62-dən 64-ə qaldırmaq üçün əsas maddəni təsdiqləməsindən sonra baş verib.

Qeyd edək ki, Konstitusiya Şurasının pensiya islahatının qanuni olması barədə qərarından sonra Fransanın bir sıra şəhərlərində etiraz aksiyaları başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti