...

Türkiyə hücum gəmisinin maketi paylaşılıb

Dünya xəbərləri Materials 17 Aprel 2023 13:59 (UTC +04:00)
Türkiyə hücum gəmisinin maketi paylaşılıb

Bakı. Trend:

2020-ci ildə Türkiyə Müdafiə Sənayesi Agentliyi (SSB) tərəfindən başlanılan "Türk Tipi Hücum Botu Layihəsi" çərçivəsində hücum gəmisinin maketi paylaşılıb.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, maketin fotolarını Türkiyənin Milli Müdafiə Nazirliyi 2022-ci il üzrə hesabat çərçivəsində paylaşıb.

“Türk tipli hücum gəmiləri effektiv manevr qabiliyyəti, yüksək zərbə gücü və daşıyacaqları milli sistemləri ilə dənizlərimizdə maraqlarımızın qorunmasına töhfə verəcək”, – deyə Türkiyə Müdafiə Sənayesi qurumunun rəhbəri İsmayıl Dəmir bildirib.

Qeyd edək ki, paylaşılan fotoda Türk Tipi Hücum Gəmisinin arxa hissəsində hava hədəflərinə qarşı RAM ekvivalentində Nöqtəli Hava Hücumundan Müdafiə Raket Sistemi, 8 ədəd ATMACA Gəmi Əleyhinə Raket, 76 mm Ana Batareya Tüfəngi, 1 ədəd 120 km mənzilli AKR-D Atış Nəzarət Radarında və 1 ədəd ALPER Naviqasiya Radarına və müxtəlif əlavə sensor sistemlərə sahib olacağı görülür.

Hazırda Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının inventarında 4 fərqli sinifdə 18 hücum kateri var.

Türk Tipi Hücum Botu Layihəsi çərçivəsində tikiləcək döyüş gəmilərinin ən əsas fərqi onların hava hücumundan müdafiə döyüş qabiliyyətinə malik olmalarıdır.

Bu məqsədlə Roketsan LEVENT adlı, ASELSAN isə GÖKDENİZ-ER adlı müdafiə məhsulları hazırlayır.

Bundan başqa, Türk Tipi Hücum Karteri Layihəsi çərçivəsində inşa ediləcək gəmilərin bütün silah və sensor sistemləri milli və yerli imkanlarla istehsal edilən məhsullar olacaq.

Türk Tipi Hücum Gımisi Layihəsi çərçivəsində 1-i prototip olmaqla cəmi 10 torpedo katerinin istehsalı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti