Bakı. Trend:
ABŞ Amerika səfirliyinin əməkdaşlarının təxliyəsi halında Sudandakı münaqişə bölgəsinə əlavə hərbi qüvvələr yerləşdirib, lakin bu məsələ ilə bağlı hələlik heç bir qərar verilməyib.
Trend xəbər verir ki,bu barədə ABŞ müdafiə baziri Lloyd Ostin bildirib.
"Sudanda Pentaqon Afrikadakı ofislərimiz vasitəsilə yerdəki vəziyyəti yaxından izləməyə davam edir. Vəziyyətlə bağlı ümumi anlayışı paylaşdığımızdan əmin olmaq üçün ABŞ Dövlət Departamenti ilə koordinasiya etməyə davam edirik", - deyə nazir qeyd edib.
Pentaqonun rəhbəri əlavə edib ki, ABŞ indiyədək belə bir müraciət almayıb və “heç bir qərar qəbul edilməyib”.