...

ATƏT PA-nın prezidenti iyunda Qazaxıstanda rəsmi səfərdə olacaq

Dünya xəbərləri Materials 25 Aprel 2023 16:07 (UTC +04:00)
ATƏT PA-nın prezidenti iyunda Qazaxıstanda rəsmi səfərdə olacaq

Bakı. Trend:

ATƏT Parlamentlər Assambleyasının prezidenti Marqareta Sederfelt iyunda Qazaxıstana səfər edəcək.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə razılaşma ATƏT PA-nın prezidenti Marqareta Sederfelt ilə ATƏT-in Dayanıqlı İnkişaf Məqsədləri üzrə xüsusi nümayəndəsi Əsgər Şakirovun Danimarkanın paytaxtı Kopenhagendə görüşü zamanı əldə edilib.

Məlumata əsasən, tərəflər ATƏT PA-nın cari fəaliyyətini, Qazaxıstan ilə ATƏT PA arasında parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi, seçkiləri müşahidə missiyalarının təşkili və Vankuverdə keçiriləcək 30-cu illik sessiyaya hazırlıq məsələlərini müzakirə ediblər.

Ə.Şakirov ATƏT PA rəhbərliyinə seçkiləri müşahidə missiyasını martın 19-da Qazaxıstana göndərdiyi üçün təşəkkür edib.

Qeyd edək ki, martın 19-da Qazaxıstanda keçirilən parlament seçkilərində hakim "Amanat" partiyası 53,46% səs toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti