...

Ərdoğan Azərbaycan xilasedicilərini təltif edib (FOTO)

Dünya xəbərləri Materials 25 Aprel 2023 17:19 (UTC +04:00)
Ərdoğan Azərbaycan xilasedicilərini təltif edib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovu və xilasediciləri Türkiyədə baş verən zəlzənənin nəticələrinin aradan qaldırılmasına verdiyi dəstəyə görə “Dövlətdə Fədakarlığa görə” medalı ilə təltif edib.

Trend bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Təltifetmə mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, bu gün verilən medallar Türkiyənin səmimi təşəkkürüdür.

"Siz 85 milyon insanın qəlbində xüsusi yer qazanmısınız. Hər biriniz verdiyiniz fədakarlıqlarla adınızı tarixə yazdırmısınız. Siz göstərdiniz ki, əqidə, dil və mədəniyyət fərqliliyinə baxmayaraq, dərdimiz ortaqdır", - deyə R.T.Ərdoğan əlavə edib.

Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ilk gündən etibarən qardaş ölkədə axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi gizir İsgəndərov Elvin Xaqani oğlu da “Türkiyə Cümhuriyyəti Dövlət Üstün Fədakarlıq Medalı” ilə təltif olunub. Elvin İsgəndərov Kahramanmaraş şəhərində dağıntılar altından 3 nəfəri sağ, 25 nəfərin isə cəsədini çıxarıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ilk gündən etibarən qardaş ölkədə axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi gizir İsgəndərov Elvin Xaqani oğlu “Türkiyə Cümhuriyyəti Dövlət Üstün Fədakarlıq Medalı” ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti