...

İHH Sudanda baş verən qarşıdurmalardan sonra yardım fəaliyyətlərinə başlayıb

Dünya xəbərləri Materials 28 Aprel 2023 20:46 (UTC +04:00)

Bakı. Trend:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Türkiyənin İHH Humanitar Yardım Vəqfi Sudanda baş verən qarşıdurmalardan sonra yardım fəaliyyətlərinə başlayıb.

İHH tərəfindən ilk mərhələdə vətəndaşlara isti yemək və içərisində ərzaq olan bağlamalar paylanılıb.

Məlumata əsasən, yaxın günlərdə ərzaq yardımı ilə yanaşı xəstəxanalara dərman dəstəyinin göstərilməsi də planlaşdırılır.

Xatırladaq ki, Suveren Şuraya rəhbərlik edən Sudan ordusunun komandanı Əbdül Fəttah əl-Burhanla həmin şurada onun müavini olan xüsusi təyinatlı qüvvələrin başçısı Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən ölkədə vəziyyət gərginləşib. Aprelin 15-də Merove şəhərindəki hərbi baza yaxınlığında və paytaxt Xartumda iki güc strukturu arasında toqquşmalar başlayıb. Son məlumata görə, döyüşlər nəticəsində 500-ə yaxın dinc sakin həyatını itirib, 4 min insan yaralanıb, yüz minlərlə insan müxtəlif məntəqələrə köçmək məcburiyyətində qalıb.

Qeyd edək ki, TurkicWorld ilə Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi (İHH) arasında rəsmi media tərəfdaşlığı 2023-cü ilin yanvar ayının 18-də imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti