Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyada keçirdiyi əməliyyatda İŞİD-in qondarma lideri Əbu Hüseyn əl-Qureşinin zərərsizləşdirildiyini bildirib.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, Ərdoğan terrorla mübarizənin davam edəcəyini vurğulayıb.
"MİT uzun müddətdir ki, İŞİD-in lideri Əbu Hüseyn əl Qureşi izləyirdi. Dünən Suriyadakı əməliyyatda zərərsizləşdirildi" – deyə Ərdoğan qeyd edib.