Bakı. Trend:
2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz artaraq 1,5 milyard dollara bərabər olub.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin aprel ayında Türkiyə 418,1 milyon dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 7,1 faiz çoxdur” - deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2022-aprel 2023) Türkiyə 4,5 milyard dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib.