...

Türkiyənin SİPER raketi son sınağını uğurla tamamlayıb

Dünya xəbərləri Materials 12 May 2023 11:15 (UTC +04:00)
Türkiyənin SİPER raketi son sınağını uğurla tamamlayıb

Bakı. Trend:

Türkiyənin ROKETSAN, ASELSAN ve TÜBİTAK-SAGE şirkətlərinin ortaq istehsalı yerli SİPER uzun mənzilli Hava Hücumundan Müdafiə (HHM) sisteminin raketi son sınağını uğurla tamamlayaraq uzun məsafədən hədəfi vurub.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin müdafiə sənayesinin rəhbəri İsmail Demir öz rəsmi twitter hesabında məlumat verib.

"Quruda, havada, dənizdə və kosmosda müstəqilliyimiz və gələcəyimiz üçün gecə-gündüz çalışmaqda davam edirik", - deyə Demir bildirib.

Qeyd edək ki, SİPER-in son atış sınağı 2022-ci ilin avqustunda həyata keçirilib. Bu sınaq zamanı Axtarış Radarı və Atəş Nəzarət Mərkəzindən də istifadə olunub. SİPER 100 kilometr məsafədə hədəfi məhv edərək öz rekordunu qırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti