Bakı. Trend:
Oman Sultanı Heysəm bin Tariq bazar günü İrana səfər edəcək.
Trend xəbər verir ki, bu barədə Oman İnformasiya Agentliyi məlumat yayıb.
"Oman Sultanlığı bəyanat yayaraq, Heysəm bin Tariqin gələn bazar günü İrana səfər edəcəyini açıqlayıb", - deyə məlumatda bildirilir.
Bəyanatda qeyd olunur ki, Oman Sultanı iki ölkə arasında dostluğun, eləcə də mühüm əlaqələr və mehriban qonşuluğun möhkəmləndirilməsi məqsədilə İrana iki günlük səfər edəcək.
Bildirilir ki, Oman Sultanının Tehrana səfəri İran prezidenti Seyid İbrahim Rəisinin dəvətinə cavabdır.