...

"Titanik"ə səfər təşkil edən şirkətin sosial media hesabları və veb saytı BAĞLANDI

Dünya xəbərləri Materials 15 İyul 2023 12:33 (UTC +04:00)
"Titanik"ə səfər təşkil edən şirkətin sosial media hesabları və veb saytı BAĞLANDI
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Atlantik okeanında batan “Titan” sualtı gəmisi qəzasına ev sahibliyi edən “OceanGate Expeditions” şirkətinin sosial media hesabları və veb saytı bağlanıb.

Trend-in məlumatına görə, “OceanGate Expeditions”ın “Facebook”, “Instagram”, “Twitter” və “LinkedIn” hesabları var. Onlarada giriş etmək mümkün deyil.

Şirkətin internet saytında daha əvvəl araşdırma və kommersiya fəaliyyətini dayandırdığına dair bildiriş yerləşdirilmişdi.

Qeyd edək ki, iyunun 19-da "Titanik"in qalıqlarının olduğu əraziyə eniş zamanı “Titan” sualtı gəmisi ilə əlaqə kəsilib. Üç gündən sonra "Titan"ın qalıqları aşkar edilib. Bütün ekipaj üzvlərinin milyonçu olduğu gəminin sərnişinlərinin hamısı bu səfər zamanı həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti