...

Bu il Türkiyə müdafiə sənayesində 6 milyard dollarlıq ixrac hədəfləyir - Ərdoğan

Dünya xəbərləri Materials 25 İyul 2023 14:11 (UTC +04:00)
Bu il Türkiyə müdafiə sənayesində 6 milyard dollarlıq ixrac hədəfləyir - Ərdoğan

Bakı. Trend:

IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi dünya səviyyəli brendə çevrilib.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF) ilə bağlı video müraciətində bildirib.

"Hər il milyonlarla dollarlıq müqavilələrin imzalandığı, yeni tərəfdaşlıqların qurulduğu, müdafiə sənayesi məhsullarının nümayiş olunduğu sərgidə bu il uğur göstəriciləri daha da artacaq. Türkiyə olaraq qarşımıza çıxan bir çox maneələrə, açıq və gizli embarqolara baxmayaraq, müdafiə sənayemizi inkişaf etdirməyə əhəmiyyət veririk. İllərdir əzmlə həyata keçirdiyimiz milli texnologiya hərəkatımızın bəhrəsini müxtəlif sahələrdə almağa başlamışıq. Türk müdafiə sənayesi sektoru son illərdə bütün dünyanın heyranlıqla izlədiyi uğurlar əldə edir. Türkiyənin müdafiə sənayesi zirehli texnikası, artilleriyası, raketləri, hava hücumundan müdafiə sistemləri, münaqişə zonalarında sınaqdan keçirilmiş hər cür silah və radar sistemləri ilə özünü doğruldub", - deyə Prezident Ərdoğan əlavə edib.

R.T.Ərdoğan onu da qeyd edib ki, IDEF 2023-də beynəlxalq müqavilələrə yeniləri əlavə olunacaq.

"2023-cü ildə müdafiə sənayesində ixrac hədəfimiz 6 milyard dollardır. İnanıram ki, biz ilin sonuna ixrac hədəfimizə nail olacağıq və hətta bu rəqəmi keçəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi IDEF 2023 25-28 iyul tarixlərində İstanbulda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti