...

Türkiyə ilə BƏƏ müdafiə sənayesi sahəsində yeni əməkdaşlıq müqaviləsi imzalayıb

Dünya xəbərləri Materials 27 İyul 2023 13:45 (UTC +04:00)
Türkiyə ilə BƏƏ müdafiə sənayesi sahəsində yeni əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı.Trend:

Türkiyənin Müdafiə və Aviasiya Klasteri (OSSA) ilə Birləşmiş Ərəb Əmirliklərinin taktiki avadanlıq istehsalçısı Black Cobra Military Supply (BCMS) arasında 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF-23) yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, sərgi çərçivəsində BCMS-in baş meneceri Ali Al Mannaee və baş menecer Mostafa El Samahy və OSSA-nın sədri İbrahim Yarsan arasında danışıqlar aparılıb.

Məlumata əsasən, görüşdən sonra Türkiyə və BƏƏ arasında əməkdaşlığın gücləndirilməsi üçün Türkiyənin Kiçik və Orta Biznesləri (KOBİ) ilə qarşılıqlı biznesin inkişafı fəaliyyətləri, texnologiya transferi və strateji tərəfdaşlıqların qurulması üçün yol xəritəsinin yaradılması məqsədilə əməkdaşlıq müqaviləsi hazırlanıb.

Bundan əlavə, imzalanma mərasimində Əmirliyin Müdafiə Şirkətləri Şurasının sədri Mona Əl Caber və Müdafiə Şirkətləri Şurasının baş icraçı direktoru Ənəs Əl Otaiba da iştirak ediblər.

Məlumat üçün qeyd edək ki, 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi IDEF 2023 25-28 iyul tarixlərində İstanbulda keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti