...

Türkiyənin TOGAN PUA-sının ilk ixracatı Afrikaya edildi

Dünya xəbərləri Materials 2 Avqust 2023 13:12 (UTC +04:00)
Türkiyənin TOGAN PUA-sının ilk ixracatı Afrikaya edildi

Bakı.Trend:

Türkiyənin Müdafiə Sənayesi daxilində hazırlanan TOGAN Pilotsuz Uçuş Aparatının (PUA) ilk ixracatı Afrikaya edilib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a özəl olaraq Türkiyə hərbi saytından məlumat verilib.

Məlumata əsasən, PUA-nın əlavə ixracatı üçün bir neçə ölkə ilə danışıqlar davam edir.

Qeyd edək ki, TOGAN ilk dəfə 2017-ci ildə Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2017) təqdim edilib və 2022-ci ildə Türkiyə Təhlükəsizlik Qüvvələrinin inventarına daxil edilib.

Müşahidə və kəşfiyyat missiyalarında istifadə üçün nəzərdə tutulan TOGAN unikal uçuş idarəetmə sistemi və missiya planlama proqramına malikdir. Havada missiyalarını dəyişdirə bilir, həmçinin, 30x optik böyütmə səviyyəli gündüz və infraqırmızı görüntü sistemləri ilə gecə-gündüz effektiv işləyir. Tək bir TOGAN platforması 10 kilometr məsafədə 45 dəqiqə işləyə bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti