...

Hindistanda körpü uçdu - 17 nəfər öldü

Dünya xəbərləri Materials 23 Avqust 2023 12:29 (UTC +04:00)
Hindistanda körpü uçdu - 17 nəfər öldü
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın Mizoram ştatında Aical şəhəri yaxınlığında tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində 17 işçi həlak olub.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Hadisə yerində xilasetmə işləri davam etdirilir.

Polisin verdiyi məlumata görə, qurbanların sayı arta bilər, belə ki, hələ bütün cəsədlər dağıntıların altından çıxarılmayıb.

Hadisənin başvermə səbəbi barədə hələlik açıqlama verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti