Bakı. Trend:
Meksikanın mərkəzi hissəsindəki Sumpanqo bələdiyyəsi yaxınlığında yanacaqdaşıyan maşın aşıb və nəticədə partlayış baş verib.
Trend xəbər verir ki, hadisə nəticəsində ən azı 8 nəfər həlak olub.
Partlayış baş verən zaman yolun hərəkət hissəsində içərisində sərnişinlər olan taksi avtomobili olub. Taksidəki şəxslərin hamısı hadisə zamanı ölüb.
İnsidentlə bağlı polis araşdırma aparır.