...

Türkiyədə sel nəticəsində 2 nəfər öldü, 4 nəfər itkin düşdü (YENİLƏNİB)

Dünya xəbərləri Materials 5 Sentyabr 2023 20:39 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Kırıkkale rayonunda güclü yağışların səbəb olduğu sel nəticəsində iki nəfər ölüb, daha dördü itkin düşüb.

Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Şiddətli yağış səbəbindən rayonda dərələr daşıb, bəzi yollar bağlanıb. İtkin düşənlərin axtarışı davam edir.

xxx

17:53

Türkiyənin Kırklareli şəhərinin Demirköy və İğneada bölgələrində güclü yağışlar selə səbəb olub.

Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, daşqın nəticəsində bəzi yollar qapanıb. 1-i uşaq olmaqla 5 nəfər itkin düşüb.

Əraziyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) əməkdaşları, sahil mühafizə xidmətinin heyəti, yanğınsöndürənlər də cəlb olunub. Xilasetmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti