...

Malidə silahlı hücumlarda 64 nəfər həlak olub

Dünya xəbərləri Materials 8 Sentyabr 2023 06:30 (UTC +04:00)
Malidə silahlı hücumlarda 64 nəfər həlak olub

Bakı. Trend:

Malinin şimal-şərqində silahlıların iki hücumu nəticəsində azı 49 mülki şəxs və 15 hərbçi həlak olub.

Trend bu barədə ölkənin müvəqqəti hökumətinin milli televiziya ilə yaydığı bəyanata istinadən xəbər verir.

Verilən məlumata görə, silahlılar hərbi düşərgənin ərazisinə hücum həyata keçirib, həmçinin gəmiyə də hücum ediblər.

Qeyd edək ki, avqust ayında Malinin mərkəzindəki kəndə silahlıların hücumu nəticəsində 21 dinc sakin həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti