...

İran vətəndaşlarının Türkiyədə satın aldıqları daşınmaz əmlak sayı açıqlanıb

Dünya xəbərləri Materials 18 Oktyabr 2023 12:57 (UTC +04:00)

Bakı. Trend:

2023-ci ilin yanvar-sentyabr aylarında İran vətəndaşları Türkiyədə 3 min 598 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə min 2 min 942 obyekt azdır.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından bildirilib.

Məlumata görə, bu ilin sentyabr ayında İran vətəndaşları Türkiyədə 327 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 265 obyekt azdır.

Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Türkiyədə 102 min 656 mənzil satın alınıb ki, bu da 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 9,5 faiz azdır.

Məlumata görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyədə 900 min 74 mənzil satın alınıb.

"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2023-cü ilin sentyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 930 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 42 faiz azdır.

Eyni ilin yanvar-sentyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 28 min 64 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 43,5 faiz azdır.

Xəbər lenti

Xəbər lenti