...

ÜST Qəzzada xəstəxanalara yardım göndərilməsinə mane olduğunu açıqladı

Dünya xəbərləri Materials 24 Oktyabr 2023 20:02 (UTC +04:00)
ÜST Qəzzada xəstəxanalara yardım göndərilməsinə mane olduğunu açıqladı
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza zolağında döyüşlərin xəstəxanalara yardım göndərilməsinə mane olduğunu bildirib və dərhal humanitar atəşkəs rejimi elan etməyə çağırıb.

Trend xəbər verir ki, bu barədə ÜST-ün Şərqi Aralıq dənizi regionunda fövqəladə hallar üzrə direktoru Rik Brennan Cenevrədə brifinqdə deyib.

Onun sözlərinə görə, təhlükəsizlik təminatı olmadığından, ÜST Misirdən göndərilən tibbi təyinatlı həyati əhəmiyyətli məhsulları Qəzza zolağında yerləşən bir neçə xəstəxanaya, o cümlədən "Əş-Şifa" xəstəxanasına çatdıra bilmir.

Qeyd edək ki, Misirdən göndərilən humanitar yardım oktyabrın 21-də "Rafah" nəzarət-buraxılış məntəqəsindən buraxılıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti