Bakı. Trend:
“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibi müəyyənləşib.
Trend xəbər verir ki, bu mükafata ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messi layiq görülüb.
Messi karyerasında 8-ci dəfə bu titula sahib çıxıb.
Qeyd edək ki, Messi 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə bu mükafatı qazanıb.