...

İtaliyada daşqınların vurduğu ziyan 1 milyard avroya çata bilər

Dünya xəbərləri Materials 7 Noyabr 2023 03:57 (UTC +04:00)
İtaliyada daşqınların vurduğu ziyan 1 milyard avroya çata bilər

Bakı. Trend:

Bəzi ərazilərin hava ilə əlaqədar daşqınlar nəticəsində su altında qaldığı İtaliyanın Toskana vilayətinin hakimiyyəti dəymiş ziyanın həcmini qiymətləndirir.

Trend-in məlumatına görə, dəyən ziyanın həcmi 1 milyar avro çata bilər.

"La Repubblica" qəzeti qeyd edib ki, təkcə mənzil fondu deyil, həm də zərər çəkmiş ərazilərdəki 500 şirkət və müəssisənin təxminən yarısı zərər çəkmişdir. İndiyədək Toskana qubernatoru Eucenio Cani 300 milyon avro məbləğində ziyanı açıqlayıb ki, bunun da demək olar ki, 200 milyon avrosu infrastrukturun bərpası üçün lazımdır. Qəzet bildirib ki, bu rəqəmlər çimərliklərə və kurortlara dəyən ziyanı nəzərə almır.

Son yenilənmiş məlumatlara görə, əlverişsiz hava şəraiti nəticəsində 7 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti