...

İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı seçilib

Dünya xəbərləri Materials 9 Noyabr 2023 18:37 (UTC +04:00)
İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı seçilib

Bakı. Trend:

İstanbul Hava Limanı 30 oktyabr - 5 noyabr tarixləri arasında gündə orta hesabla 1283 uçuşla Avropanın ən işlək hava limanı olub.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 30 oktyabr - 5 noyabr tarixləri üçün Avropa Aviasiya Hesabatında bildirilib.

Məlumata əsasən, İstanbul hava limanını gündə orta hesabla 1255 uçuşla London Hitrou, 1240 uçuşla Paris Şarl de Qoll, 1210 uçuşla Frankfurt və 1179 uçuşla Amsterdam Şiphol Hava Limanı izləyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti