...

İsrail Qəzzanın cənubunda aktiv hərbi əməliyyatlara keçdiyini açıqlayıb

Dünya xəbərləri Materials 3 Dekabr 2023 23:00 (UTC +04:00)
İsrail Qəzzanın cənubunda aktiv hərbi əməliyyatlara keçdiyini açıqlayıb

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələrinin baş komandanı Herts Halevi Qəzza zolağının cənub hissəsində anklavın şimal hissəsində olduğu kimi eyni qüvvə ilə aktiv hərbi əməliyyatların başlandığını elan edib.

Trend-in məlumatına görə, o vurğulayıb ki, İsrail ordusunun 162-ci diviziyası anklavın şimal hissəsində mövqelərini möhkəmləndirməkdə davam edir.

"Son günlərdə biz çoxlu HƏMAS döyüşçüsünü məhv etdik. Bu səhər Qəzza zolağının cənub hissəsində eyni prosesə başladıq və hərbi əməliyyatlarımız, əvvəlki kimi eyni intensivlik və səmərəliliklə həyata keçiriləcək. HƏMAS komandirləri hər yerdə İsrail Müdafiə Qüvvələri ilə üz-üzə gələcək və onlar ən güclü müqavimətlə üzləşəcəklər”, - deyə Herts Halevi qeyd edib.

Xəbər lenti

Xəbər lenti