...

ABŞ Konqresi prezidentin ölkəni NATO-dan çıxarmaq imkanını məhdudlaşdırdı

Dünya xəbərləri Materials 15 Dekabr 2023 19:32 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Konqresi prezidentin ölkəni NATO-dan çıxarmaq imkanını məhdudlaşdırıb.

Trend xəbər verir ki, müvafiq bənd 2024-cü il maliyyə ili üzrə Milli Müdafiə Səlahiyyətləri Aktında (NDAA) yer alıb.

Konqresin hər iki palatası tərəfindən təsdiqlənən sənədə əsasən, ABŞ prezidenti senatorların üçdə ikisinin təsdiqi, Senatın məsləhəti və razılığı olmadan NATO-da iştirakını dayandıra və ya təşkilatdan çıxa bilməz.

Senatorların fikrincə, NATO-dan çıxışın məhdudlaşdırılması barədə təklif ABŞ-nin milli təhlükəsizliyinin əsasını təşkil edən təşkilata ölkə tərəfindən dəstəyi təsdiqləyir.

"Biz milli maraqlarımızın müdafiəsini və demokratik müttəfiqlərimizin təhlükəsizliyini təmin etməliyik", - senator Mark Rubio deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti