Bakı. Trend:
Türkiyənin Şimali Mərmərə şosesinin Sakarya mövqeyində yeddi avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində 10 nəfər ölüb, 54 nəfər yaralanıb.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, sıx duman səbəbindən üçü avtobus və bir yük maşını olmaqla, yeddi nəqliyyat vasitəsi zəncirvari qəza törədib.
Qəza səbəbindən magistralın İstanbul istiqamətində nəqliyyatın hərəkəti dayanıb.