...

Danimarka kraliçası taxtdan imtina edib

Dünya xəbərləri Materials 31 Dekabr 2023 23:28 (UTC +04:00)
Danimarka kraliçası taxtdan imtina edib

Bakı. Trend:

Danimarka kraliçası II Marqret Yeni il ilə bağlı müraciətdə oğlu, vəliəhd şahzadə Frederikin xeyrinə taxtdan imtina edəcəyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə "АР" agentliyi xəbər verib.

83 yaşlı kraliça 1972-ci ildə atası Kral IX Frederikin ölümündən sonra tacı miras almasından düz 52 il keçəndən sonra yanvarın 14-də taxtdan imtina edəcək.

Bu, Danimarka tarixində ən uzun hökmranlıq müddəti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti