...

Husilərin hücumundan sonra “Maersk” Qırmızı dənizdə gəmiçilik əməliyyatlarını dayandırıb

Dünya xəbərləri Materials 3 Yanvar 2024 06:52 (UTC +04:00)
Husilərin hücumundan sonra “Maersk” Qırmızı dənizdə gəmiçilik əməliyyatlarını dayandırıb

Bakı. Trend:

Danimarkanın “Maersk” gəmiçilik şirkəti dekabrın 30-da gəmilərindən birinin husilərin hücumuna məruz qalmasından sonra Qırmızı dənizdəki gəmiçilik əməliyyatlarını növbəti xəbərdarlığa qədər dayandırmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə “Maersk” şirkəti açıqlama yayıb.

Açıqlamada “Maersk Hangzhou” gəmisinə edilən hücumdan sonra şirkətin Qırmızı dəniz və Ədən körfəzindən keçən bütün keçidləri növbəti xəbərdarlığa qədər dayandırmağa qərar verdiyi bildirilib. Hadisə ilə bağlı araşdırmanın davam etdiyi və şirkətin vəziyyəti ətraflı şəkildə qiymətləndirmək üçün bölgədəki bütün yük əməliyyatlarını dayandırmağa davam edəcəyi vurğulanıb.

Həmçinin “Maersk” müştəriləri üçün gəmilərin marşrutunun dəyişdiriləcəyi və səfərlərin Ümid burnu ətrafında davam edəcəyi bildirilib. “Bu qərar dənizçilərimizin təhlükəsizliyini təmin etmək üçün verildi və gəmilərimizdəki yüklər bizim əsas prioritetimizdir”, - deyə açıqlamada qeyd edilib.

Qeyd edək ki, Danimarka tərəfindən idarə olunan və Sinqapur bayrağı altında üzən "Maersk Hangzhou" adlı kommersiya yük gəmisi dekabrın 30-da Qırmızı dənizin cənubundan keçərkən raketlə vurulduğunu bildirib və kömək istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti