...

Malidə silahlılar iki kəndin azı 30 sakinini öldürüblər

Dünya xəbərləri Materials 30 Yanvar 2024 00:50 (UTC +04:00)
Malidə silahlılar iki kəndin azı 30 sakinini öldürüblər

Bakı. Trend:

Malinin mərkəzində silahlılar tərəfindən iki kəndin azı 30 sakini öldürülüb.

Trend-in məlumatına görə, bu barədə yerli hökumət sözçüsü Mulaye Qindo məlumat verib.

"Bir qrup silahlı şəxs keçən həftəsonu Mopti bölgəsində yerləşən Oqota və Oimbe kəndlərinə hücum edib", - deyə o bildirib.

M.Qindo əlavə edib ki, törədilən cinayətlərə görə hansı qrupun məsuliyyət daşıdığı hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti