...

Rusiya Federasiyası Ali Məhkəməsinin sədri vəfat edib

Dünya xəbərləri Materials 24 Fevral 2024 14:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Rusiya Federasiyası Ali Məhkəməsinin sədri Vyaçeslav Lebedev 81 yaşında vəfat edib.

Trend xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Lebedev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

"Dmitri Peskov Vyaçeslav Lebedevin vəfatı ilə əlaqədar Rusiya prezidenti Vladimir Putin onun ailəsinə və yaxınlarına, eləcə də bütün məhkəmə ictimaiyyətinə başsağlığı verdiyini qeyd edib", - məlumatda vurğulanıb.

Qeyd edilir ki, o, 1968-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Lebedev 1970-ci ildə Moskvanın Leninqradski Rayon Məhkəməsinin xalq hakimi seçilərək məhkəmə sistemində işləməyə başlayıb.

1989-cu ilin iyulunda Ali Məhkəmənin sədri seçilib.

Lebedev hüquq elmləri doktorudur və bir sıra dövlət mükafatlarına malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti