...

İranda terrorçu özünü partladıb

Dünya xəbərləri Materials 28 Fevral 2024 17:02 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Bəmpur rayonunda “Məhəmmədan” postu yolunda terrorçular bomba quraşdırmaq istəyərkən partlayıb.

Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin prokuroru Mehdi Şəmsabadi deyib.

M.Şəmsabadinin sözlərinə görə, 2 terrorçu “Məhəmmədan” postu yolunda reyd avtomobilini partlatmaq üçün ölkəyə daxil olublar. Lakin bomba quraşdırılarkən partlayıb və terrorçulardan biri ölüb, biri isə hadisə yerindən qaçıb.

Şəmsabadi bildirib ki, ikinci terrorçunun tapılması üçün axtarışlar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti