...

Fələstinə yeni Baş nazir təyin olunub

Dünya xəbərləri Materials 14 Mart 2024 23:38 (UTC +04:00)
Fələstinə yeni Baş nazir təyin olunub

Bakı. Trend:

Fələstin Prezidenti Mahmud Abbas ölkənin yeni Baş naziri vəzifəsinə Məhəmməd Mustafanı təyin edib.

Trend-in məlumatına görə, təyinata qədər Məhəmməd Mustafa Fələstin İnvestisiya Fondunun direktoru olub. Mahmud Abbas ona ölkənin 19-cu hökumətini formalaşdırmağı tapşırıb.

Qeyd edək ki, Fələstin Prezidenti fevralın 26-da Məhəmməd Ştayyenin başçılıq etdiyi hökumətin istefasını qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti