...

Finlandiya Ukrayna üçün sursat alınmasına 30 milyon avro ayıracaq

Dünya xəbərləri Materials 22 Mart 2024 01:42 (UTC +04:00)
Finlandiya Ukrayna üçün sursat alınmasına 30 milyon avro ayıracaq

Bakı. Trend:

Finlandiya Çexiyanın Ukrayna üçün birgə sursat tədarükü təşəbbüsündə iştirak etmək üçün 30 milyon avro ayırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə Finlandiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Finlandiyanın müdafiə naziri Antti Hyakkyanenin adından yayılan pres-relizdə deyilir: “Maddi dəstək paketləri ilə yanaşı, Finlandiya Ukraynaya başqa yollarla da kömək edir. Çexiya tərəfindən koordinasiya edilən birgə sursat tədarükü Ukraynada kəskin mərmi çatışmazlığı ilə mübarizədə çox mühüm köməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti