...

Rusiya səfirliyi və ABŞ administrasiyası gələcək ikitərəfli əlaqələr haqqında razılığa gəliblər

Dünya xəbərləri Materials 26 Mart 2024 09:41 (UTC +04:00)
Rusiya səfirliyi və ABŞ administrasiyası gələcək ikitərəfli əlaqələr haqqında razılığa gəliblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın ABŞ-dəki səfirliyi gələn həftə ikitərəfli münasibətlər mövzusunda Amerika administrasiyasının nümayəndələri ilə təmaslar barədə razılığa gəlib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.

“Gələn həftə təmaslar barədə razılığa gəldik. İkitərəfli münasibətlərin problemləri, bundan sonra necə yaşamalı olduğumuz, Rusiya-Amerika münasibətlərinin tamamilə pozulmaması üçün hər hansı şansın olub-olmaması haqqında müzakirələr apardıq”, - deyə səfir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti