...

Yeni Fələstin hökuməti rəsmən fəaliyyətə başlayıb

Dünya xəbərləri Materials 1 Aprel 2024 00:59 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Məhəmməd Mustafanın rəhbərliyi ilə yeni Fələstin hökuməti and içərək, rəsmən fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, bu barədə Fələstinin "WAFA" agentliyi xəbər verib.

Məlumata görə, mərasim Fələstin Milli Administrasiyasının (FMA) inzibati mərkəzi olan Ramallahda prezident Mahmud Abbasın iştirakı ilə baş tutub. FMA rəhbəri yeni kabinetin mühüm vəzifələrini Qəzza sakinlərinə humanitar yardım göstərmək, köçkünlərin öz evlərinə qayıtmaq istəyində dəstəkləmək və anklavın tam yenidən qurulması adlandırıb.

Abbas qeyd edib ki, Fələstin Azadlıq Təşkilatı “Fələstin xalqının yeganə qanuni nümayəndəsidir” və yalnız onun siyasi sahədə maraqlarını, o cümlədən İsraillə barışıq əldə etmək məsələlərində müdafiə edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti